AccessBank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə kampaniyaya start verir.
Bankdan Fins.az-a verilən məlumata görə, kampaniya çərçivəsində uşaqlar üçün nəzərdə tutulmuş myCard Junior kartlarını 50% endirimlə əldə etmək olar.
AccessBank-ın azyaşlılar üçün nəzərdə tutulmuş myCard Junior kartları onların maliyyə savadlılığını artırır. Valideynlərə isə övladlarının xərclərinə nəzarət, hesablarını idarə etmək, xərclər üzrə limitləri tənzimləmək imkanı yaradır.
myCard Junior kartları 30%-dək kəşbək və illik qalığa 4%-dək gəlir də gətirir. Kartlar qızlar və oğlanlar üçün iki fərqli dizaynda tərtib olunub.
myCard Junior uşaqların kiçik yaşlarından xərclərini düzgün planlamaları və idarə etmələri üçün uğurlu başlanğıcdır. Kartları AccessBank filiallarına yaxınlaşaraq və ya onlayn – bankın rəsmi veb səhifəsindən sifariş etmək mümkündür.
Kampaniya 06.06.2023 tarixinədək keçərlidir.
Ətraflı məlumat üçün: //bit.ly/3sHpo0K