BANK

01 İyun

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb

Bu ilin yanvar-aprel aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 677,9 milyon manatlıq əməliyyat aparıb.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır.

Təkcə bu ilin aprel ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 126 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 7,8% azdır.

Fuad Mədətov
Fins.az