BANK

31 May

Türkiyə lirəsinin dollar və manat qarşısında kəskin enişi davam edir

Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.

Fins.az-ın məlumatına görə, bu gün Dollar/Türkiyə Lirəsi məzənnəsi 20,7760 səviyyəsinə qədər yüksəlib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 1% dəyər itirib. Ümumilikdə isə bir ildə 9% civarında eniş edib. Hazırda isə dollar 20,6556 TL-yə ticarət edilir.

Türkiyə Mərkəzi Bankının bugünkü məzənnəsinə əsasən isə dollar 20.3104 TL-yə alınıb, 20.3470 TL-yə satılır. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının mayın 31-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0825 manata ticarət edilir.