Bu ilin yanvar-aprel aylarında Azərbaycan bankları 268,4 milyon manat faiz xərcləri çəkib.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1% çoxdur.
Bankların 4 aylıq faiz xərclərinin 190,5 milyon manat depozitlər üzrə faiz xərcləridir. Bu isə 1 il əvvələ nisbətən 41,8% çoxdur.