Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə görüş keçirilib.
Bu barədə Fins.az-a AMB-dən bildirilib ki,görüş zamanı investorların hüquqlarının qorunması, pozulmuş hüquqlarının qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsi, onların müraciət imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
"Bu zaman qanunvericiliyin tələbləri ilə yanaşı, Azərbaycan Mərkəzi Bankının “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair Metodoloji Rəhbərlik”inin əhəmiyyəti vurğulanmışdır. Görüş zamanı mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutunun zəruriliyi vurğulanmış, daxil olan müraciətlərə baxılması, araşdırılması, həll olunması, mediasiya təcrübəsinin artırılması istiqamətində müzakirələr aparılıb".