BANK

25 May

AMB: Valyuta hərracında tələb təmin edildi - 25.05.2023

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə,hərracda tələb 35,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, mayın 23-də  hərracda tələb 33,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Zəminə Hüseyn
Fins.az