BANK

24 May

\"Unibank\"ın endirimli ipoteka krediti kampaniyası davam edir

Əgər daha aşağı faizlə ipoteka krediti götürmək istəyirsinizsə,  Unibank sizin üçün çox sərfəli imkan yaradıb.

Fins.az xəbər verir ki, Bankın adi ipoteka kreditləri üzrə endirimli, illik 7%-lik ipoteka krediti kampaniyası davam edir. Aylıq ödənişinin daha sərfəli olmasını və kredit ödənişi müddətində minlərlə manat vəsaitə qənaət etmək istəyənlər, iyunun sonunadək bu kampaniyadan faydalana bilərlər.

Unibank 2006-cı ildən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasındadır. Həmin tarixdən bu günədək  2000-ə yaxın müştəriyə ipoteka krediti ayrılıb. Bu müddətdə verilən kreditlərin ümumi həcmi 103 milyon manatı ötüb.

İpoteka kreditləri “Unibank”ın “Yasamal”, “Sumqayıt” və “Kəpəz” filiallarında rəsmiləşdirilir.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir.  Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.

Unibank- Sənin Bankın!