2023-cü ilin aprel ayı ərzində Azərbaycanda kredit təşkilatları tərəfindən 1 milyard 936.6 milyon manat kredit verilib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ayla müqayisədə 1.1%, 2022-ci ilin aprel ayı ilə müqayisədə isə 16.7% çoxdur.
Qeyd edək ki, verilən kreditlərin 91.6%-i və ya 1 milyard 774.8 milyon manatı milli valyutada, 8.4%-i və ya 161.9 milyon manatı isə xarici valyutada verilib.