Xalq Bank müxtəlif imtiyazlar təklif edən premium kartların çeşidini bu dəfə biznes sahibləri üçün genişləndirir.
Fins.az xəbər verir ki, artıq Xalq Bankın sahibkar və hüquqi şəxs müştəriləri Visa Business Platinum kartını əldə edərək işgüzar səfərlər zamanı xərclərə qənaətlə yanaşı, dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla yararlanma imkanı əldə edəcəklər.
Visa Business Platinum kartı sahibinə səfər zamanı tibbi dəstək xidməti, Visa Global Assistance xidməti (kartın təcili əvəzlənməsi və ya bloklaşdırılması), LoungeKey proqramı çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, peşəkar Visa konsyerj servisi, eləcə də hava limanlarında fəaliyyət göstərən sürətli keçid (Fast Track) xidmətini təklif edir. Özü və əməkdaşları tez-tez ezamiyyətlərdə olan biznes sahibləri Visa Business Platinum kartının sərfəli şərtləri və xərclərə nəzarət imkanlarından faydalana bilərlər. Kart hesabına onlayn nəzarət və müxtəlif bank əməliyyatlarının məsafədən icrası XalqOnline mobil tətbiqilə rahatlıqla mümkündür. Kart 1, 2 və 3 il müddətinə təqdim edilir.
Qeyd edək ki, bir neçə müddət öncə Xalq Bank Visa Beynəlxalq Ödəniş Sistemi tərəfindən “Biznes kartlarının sayında ən çox artıma görə” nominasiyası üzrə mükafatlandırılmışdı.
Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.