Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 345.2 milyon manat xalis mənfəət əldə edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 39.1% çoxdur. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın bank sektoru 248.1 milyon manat xalis mənfəət əldə edib.
Bu dövrdə bankların xalis faiz gəlirləri 32.5% artaraq 806.2 milyon manata, əməliyyat mənfəəti isə 31.9% artaraq 389 milyon manata bərabər olub.
Hesabat dövründə banklar 88.9 milyon manat mənfəət vergisi ödəyiblər.