BANK

18 May

Azərbaycanda bəzi bankların rüblük faiz gəlirləri 43 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 5-nin bu ilin I rübündəki faiz gəlirləri 43 milyon manatdan çox olub.

Fins.az xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (192,148 milyon manat), “Kapital Bank” (166,22 milyon manat), “PAŞA Bank” (100,795 milyon manat), “Unibank” (48,622 milyon manat) və “Bank Respublika” (43,031 milyon manat) ASC-lərdir.

Qalan 20 bankdan 10-da faiz gəlirləri 10-43 milyon manat arasında, 10 bankda isə 10 milyon manatdan az olub.