BANK

18 May

Ötən il kommersiya baxımından “PAŞA Bank Türkiyə” üçün uğurlu olub - Murad Süleymanov

2022-ci il kommersiya baxımından “PAŞA Bank Türkiyə” üçün uğurlu olub.

Fins.az xəbər verir ki, bunu “PAŞA Bank”ın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov deyib.

Onun sözlərinə görə, ötən il Türkiyədə hiperinflyasiyanın müşahidə edilməsi “PAŞA Bank Türkiyə”nin zərər açıqlamasına təsir edib.

"Törəmə bank 2021-ci ildə 45 milyon TL xalis mənfəət əldə edibsə, ötən il bu rəqəm 200 milyon TL təşkil edib. Amma hiperinflyasiya nəzərə alındıqda mühasibatlıq qaydalarına əsasən bankın xalis zərəri 11,4 milyon manata bərabər olub".

Fuad Mədətov
Fins.az