"Paşa Bank"ın kredit portfeli 2022-ci ildə 9% artaraq 2 milyarddan 2,28 milyard manata çatıb.
Fins.az xəbər verir ki, bunu bankın baş icraçı direktoru və idarə heyətinin sədri Cavid Quliyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan bankları arasında bankın kredit portfelinin ümumi payı 25 faiz olub.
C.Quliyev onu da qeyd edib ki, bankın əməliyyatlarının 99 faizi rəqəmsal mühitdə icra olunub və həmçinin ödənişlər 32 faiz, nağdsız ödənişlər isə 36 faiz artıb.
Xarici valyutada ödənişlərdə 30 faiz artım olduğunu deyən C.Quliyev bildirib ki, korporativ bankçılıq "Paşa Bank"ın fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Fuad Mədətov
Fins.az