BANK

17 May

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edilib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımova daha bir müşavir təyin edilib.

Fins.az  AMB-yə istinadən xəbər verir ki, yeni müşavir Vüqar Fərman oğlu Əliyevdir.

Qeyd edək ki, Vüqar Əliyev bundan əvvəl “PricewaterhouseCoopers” və "KPMG" beynəlxalq audit şirkətlərində rəhbər vəzifələrdə çalışıb.