BANK

17 May

Expressbank-da “Mediasiya məkanı” fəaliyyətə başladı - FOTO

Expressbank AR Mərkəzi Bankının dəstəyi ilə Azərbaycan Banklar Assosiasiyası və Mediasiya Şurası arasında imzalanan memoranduma əsasən xüsusi “Mediasiya məkanı”nı istifadəyə verib. Banklar arasında bu təşəbbüsə ilk olaraq Expressbank qoşulub. 

Fins.az xəbər verir ki, Expressbank ofisində yaradılan “Mediasiya məkanı” bank, vətəndaşlar və KOB subyektləri arasında yaranan anlaşılmaz situasiyalarda mediasiya fəaliyyətinin tətbiqi və genişləndirilməsinə dair təkliflərin həyata keçirilməsi, çevik həllinə imkan verən sistemin inkişafı üçün nəzərdə tutulub.

Mərkəzi Bank və Mediasiya Şurasının nümayəndələri yaradılan məkan ilə tanış olaraq, gələcək fəaliyyət prinsiplərini müzakirə ediblər.

Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.