BANK

15 May

Banklara mart ayında pul köçürmələri vasitəsilə 157 milyon manat vəsait daxil olub

Azərbaycan banklarına 2023-cü ilin mart ayında sürətli pul köçürmələri vasitəsilə 157 milyon manat vəsait daxil olub.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ölkə banklarından xaricə göndərilən vəsaitin həcmi isə 28.2 milyon manat olub. 

Məlumata görə, illik müqayisədə Azərbaycana pul köçürmələri 2 dəfə artıb, ölkədən xaricə köçürmələr isə 50.9% azalıb.