BANK

11 May

“Birkart” BOKT-un kapitalı 4 dəfə artıb

“Birkart” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ildə 4 dəfə böyüyüb.

Fins.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Birkart” 2022-ci ili 265.4 min manat xalis zərərlə başa vurub. 2021-ci ildə təşkilat 139.7 min manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə əsas əməliyyat gəlirləri 20 min manat olan təşkilatın əsas vəsaitin satışından olan gəlirləri 289.9 min manat təşkil edib.

Ötən il “Birkart” 4 dəfə böyüyüb. Belə ki, təşkilatın cəmi aktivləri 4 dəfə və ya 22 milyon 469 min manat artaraq 30 milyon 707.3 min manata yüksəlib.

“Birkart”in cəmi kapitalı ötən il 3.8 dəfə artaraq 30 milyon 704,8 min manata bərabər olub