"Standard Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının kapitalının və aktivlərinin gəlirliliyi üzrə proqnozunu açıqlayıb.
Fins.az reytinq agentliyinə istinadən xəbər verir ki, Azərbaycan bankların xalis mənfəətinin balans kapitalına nisbəti (ROE) 2023 və 2024-cü illər üzrə 15% proqnozlaşdırılıb. 2022-ci ildə isə bu rəqəm 16,2% təşkil edib.
"SP Global Ratings" bankların aktivlərinin gəlirliliyinin (RoAA) 2022-ci ildəki 1,9%-dən 2023 və 2024-cü illərdə 1,8%-ə enəcəyini müəyyən edib.