BANK

11 May

Azərbaycan Mərkəzi Bankının dövriyyədəki notlarının dəyəri 1 milyard manatı keçib

Mayın 10-da Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri bu il fevralın 24-dən bəri ilk dəfə 1 milyard manatı keçib.

Fins.az AMB-yə istinadən xəbər verir ki, notların ümumi dəyəri mayın 4-ü ilə müqayisədə 60 milyon manat artaraq 1 milyard 20 milyon manata çatıb.

Xatırladaq ki, AMB ötən il sentyabrın 1-dən yeni pul siyasəti həyata keçirir. Bu çərçivədə dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 7,37%, 7,74%, 8,26% və 8,9%-dir.