BANK

11 May

Azərbaycanda 5 bankın depozit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 5-nin bu il aprelin 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.

Fins.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (8 737,05 milyon manat), “PAŞA Bank” (7 105,283 milyon manat), “Kapital Bank” (5 912,636 milyon manat), “Xalq Bank” (1 901,514 milyon manat) və “Unibank” (1 001,258 milyon manat) ASC-lərdir.

Qalan 20 bankdan 18-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda isə 100 milyon manatdan azdır. 

Fuad Mədətov
Fins.az