BANK

10 May

Azərbaycanda investisiya məqsədli qızıl pulların satışı başlandı – QİYMƏTLƏR

Azərbaycan Mərkəzi Bankın, Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə tarixində ilk dəfə olaraq tədavülə buraxılan və yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən satışına başlayıb.
 
Fins.az xəbər verir ki, bundan sonra istənilən şəxs onlayn şəkildə və ya mərkəzi Bankın göstərdiyi müvafiq ünvanlara yaxınlaşaraq qızıl, gümüş və digər metallardan hazırlanan pulları ala bilər.
 
Tədavülə buraxılan investisiya məqsədli pul nişanları ilə bağlı ətraflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilmişdir.
 
 
Bu pul nişanlarının satışı Mərkəzi Bankın onlayn satış sistemi (//coin.e-cbar.az/), Mərkəzi Bankın əhaliyə xidmət kassaları, eləcə də banklar vasitəsilə təmin edilir.
 
Eyni zamanda investisiya məqsədli bu pul nişanlarının Mərkəzi Bank tərəfindən geri alışı da həyata keçiriləcəkdir.