Bu ilin I rübündə Azərbaycanın kredit ittifaqları 0,5 milyon manat faiz gəlirləri əldə edib.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə eynidir.
Kredit ittifaqlarının rüblük faiz gəlirlərinin hamısı 1 il əvvəl olduğu kimi kreditlər üzrə faiz gəlirləridir.
Zəminə Hüseyn
Fins.az