BANK

10 May

Azərbaycanda 5 bankın öhdəlikləri 1,5 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 5-nin bu il aprelin 1-nə öhdəlikləri 1,5 milyard manatdan çox olub.

Fins.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (9 851,133 milyon manat), “PAŞA Bank” (7 972,686 milyon manat), “Kapital Bank” (6 821,711 milyon manat), “Xalq Bank” (2 221,251 milyon manat) və “Bank Respublika” (1 523,412 milyon manat) ASC-lərdir.

Qalan 20 bankdan 2-də öhdəliklər 1 milyard manatdan 1,5 milyard manata qədər, 17 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 1 bankda isə 100 milyon manatdan azdır.