Qızıl sikkələr 999,9 əyarlı qiymətli metaldan hazırlanıb və onları həm AMB-nin, həm də yerli bankların kassalarından almaq mümkün olacaq.
Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev pul nişanlarının təqdimatında bildirib.
O qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) ilk dəfə tədavülə buraxdığı investisiya məqsədli pul nişanlarını həm ölkə, həm də xarici vətəndaşlar əldə edə biləcək.
Baş direktorun sözlərinə görə, sikkələrin qiyməti London Birjasında qızıl qiymətinə uyğun dəyişəcək:
"Onun dəyəri AMB-nin internet səhifəsində gündəlik açıqlanacaq və və qızılın dəyərinə uyğun hesablanacaq".
Mərkəzi Bank ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarını 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxacaq.
Fuad Mədətov
Fins.az