BANK

05 May

Mərkəzi Bank tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilir

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilir.

Fins.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, AMB-ın sədri Taleh Kazımov, millət vəkilləri və başqa rəsmi şəxslər iştirak edirlər.

Tədbirdə ilk çıxış edən AR Prezidentinin köməkçisi Natiq Əmirov Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası iqtisadiyyatının yüksək səviyyədə inkişaf etməsindən, o cümlədən ölkənin güclü iqtisadiyyata və qalib ölkəyə çevrilməsinədək keçən keşməkeşli tarixi anları xatırladaraq fikirlərini ifadə edib.

AMB-in sədri Taleh Kazımov Ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatına, xüsusilə bank sektorundakı dirçəlişi, yenilikləri haqda məlumat verib.

Fuad Mədətov
Fins.az