BANK

05 May

"Azərbaycanın strateji valyuta ehtiyatları 66 milyard dollara çatıb" - Natiq Əmirov

Hazırda Azərbaycan Mərkəzi Bankı tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubilyeyinə həsr olunmuş tədbir keçirilir.

Fins.az-ən məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident administrasiyasının iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov bildirib ki, son illər dünyada baş verən iqtisadi və siyasi çağırışlara baxmayaraq Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib, maliyyə-bank sisteminin möhkəmləndirilməsinə nail olunub.

Onu da əlavə edib ki, Azərbaycan strateji valyuta ehtiyatları 2003-cü illə müqayisədə bu ilin aprel ayına 41 dəfə artaraq 65,9 milyard ABŞ dollarına çatıb.

Fuad Mədətov
Fins.az