BANK

03 May

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - CƏDVƏL

Mayın 3-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2077024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9,941.3200 (7.59%) manat və 9,952.1000 (6.19%) manat olan 16 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,570,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,942.7738 (7.4%) manat, orta ölçülmüş qiyməti isə 9,946.6788 (6.89%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  

Notların ödəmə tarixi 31.05.2023-cü ildir.