Dünyada inflyasiyanın azalmasına baxmayaraq, qlobal iqtisadiyyatda şok məqamlar baş verir.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.
O, qeyd edib ki, qlobal iqtisadi dəyişikliklər Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməsə də, dünyanın aparıcı banklarının ikisinin bağlanması maliyyə sektoruna, xüsusən də onun investisiya cəlbediciliyinə mənfi təsir göstərir:
"Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir, lakin bu faktların iqtisadiyyatımıza heç bir təsiri olmayıb. Beynəlxalq təşkilatların proqnozlarına görə, qlobal inflyasiya yalnız 2025-ci ildə baza ssenarisinə qayıdacaq".
Fuad Mədətov
Fins.az