BANK

02 May

AMB: Valyuta hərracında tələb təmin edildi - 02.05.2023

Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə, hərracda tələb 47,7 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, aprelin 27-də  hərracda tələb 31,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Zəminə Hüseyn
Fins.az