Xalq Bank sahibkar və hüquqi şəxslər üçün növbəti rəqəmsal xidmətini təqdim edib. Artıq satıcıya E-commerce üçün vebsayt yaratmaq ehtiyacı qalmır. Yeni “Linklə ödəniş” xidməti sahibkar və onların müştərilərinə ödənişləri onlayn qaydada sürətli və rahat həyata keçirməyə imkan verəcək.
Fins.az xəbər verir ki, “Linklə ödəniş” xidmətindən yararlanmaqla satıcı 24/7 rejimində istənilən saatda xüsusi link yarada və ödənişi qəbul edə bilir. Yaradılmış linki hər hansı kommunikasiya kanalı vasitəsilə - WhatsApp, Instagram, Telegram, SMS və s. messencerlərlə müştəriyə göndərir və müştəri linkə keçid edərək ödənişi kartla həyata keçirir. Beləliklə, ödəmə hər iki tərəf üçün sadə və təhlükəsiz üsulla tamamlanmış olur.
Əlavə olaraq, sahibkar XalqOnline kabinetində yaratdığı linklərin tarixçəsini izləmək, axtarış etmək, ödənilmiş link üzrə məbləği qismən və ya tam qaytarmaq imkanına malikdir.
“Linklə ödəniş” xidmətindən bütün satış və xidmət sahələrinin hüquqi şəxsləri və sahibkarları, o cümlədən sosial media platformaları üzərindən onlayn ticarət ilə məşğul olan şəxslər faydalana bilər. Bunun üçün Xalq Bankda hesab açmaq və xidmətdən XalqOnline sistemi üzərindən yararlanmaq kifayətdir.
Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.