Yelo Bank 2023-cü ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqladı.
Bankdan Fins.az-a verilən məlumata görə, nəticələrdən Bankın bu ilə uğurlu şəkildə başladığını görmək olar.
Hesabata əsasən, Bankın xalis mənfəəti 4 mln manatdan çox olub. Eyni zamanda aktivləri də ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 830 mln manatı ötüb.
Bank kredit portfeli üzrə uzun müddətdir ki, pozitiv artım tendensiyasını qoruyub saxlayır. Belə ki, 2022-ci ilin analoji dövrü ilə müqayisədə kredit portfeli 168 mln, yəni 36% artaraq 640 mln manata çatıb. Bankın missiyasına uyğun olaraq kredit portfelinin mühüm qismini real sektorun maliyyələşməsi təşkil edir. Rüb ərzində 5 minə yaxın müştəriyə verilmiş biznes krediti nəticəsində bu istiqamət üzrə portfel 27 mln manat artaraq 424 mln manat olub.
İstehlak üzrə kredit portfelində də artım müşahidə olunur. İlk rüb ərzində 5 000 müştəriyə 50 mln manatdan artıq istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə kredit portfeli 217 mln manatı ötüb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 34 mln manat, yəni 19% artım deməkdir. Qeyd edək ki, bu satışın 33%-i onlayn kanalların payına düşür.
Yelo Bankın əmanət portfelində də nəzərəçarpan artım var. Ötən ilin eyni dövrü ilə müqayisədə bu istiqamət üzrə portfel 125 mln manat, yəni 28% artım ilə 577 mln manat təşkil edib. Bu artımın fiziki şəxslərin əmanətləri hesabına baş verməsi əhalinin Banka olan etibarının göstəricisidir.
Hesabat dövrü üzrə Bankın faiz gəlirləri isə 25 mln manatı ötüb. Bu da 2022-ci il ilə müqayisədə 7 mln manat çoxdur. İlk rüb üzrə qeyri-faiz gəlirləri də artaraq 2.3 mln manata çatıb. Bankın məcmu kapitalı 92 mln manat təşkil edir, bu da requlyativ tələbdən 42 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12,36%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8.09% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!