BANK

19 Aprel

Bank sektorunun xarici öhdəlikləri 19% artıb

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən bu il aprelin 1-nə 18,7% və ya 390.1 mln. manat artaraq 2,152.1 mln. manata yüksəlib.

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə,bu göstərici ötən ilin eyni dövrünə nisbətən isə 53,5% çoxdur.

Bankların xarici öhdəliklərinin məcmu aktivlərdə payı isə ilin əvvəlindəki 19,5%-dən 28,8%-ə yüksəlib.

Mərkəzi Bank əlavə edib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.