BANK

19 Aprel

Azərbaycanda problemli kreditlər son bir ayda 3% azalıb

Bu il aprelin 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 2,6% azalaraq 590.5 milyon manata enib.

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 0,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,8% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş
kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 2.9%
təşkil edib.