BANK

17 Aprel

Azərbaycanın özəl banklarının kredit qoyuluşu artıb - CƏDVƏL

Bu il martın 1-nə Azərbaycanda özəl bankların kredit qoyuluşu 15 828,3 milyon manat təşkil edib. 

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir ki, 2022-ci ilin martın 1-nə Azərbaycanda özəl bankların kredit qoyuluşu 13662.2 milyon manat olub ki, bu da müqayisədə 15,9% çoxdur.

Azərbaycandakı 25 bankdan 23-ü özəldir. Belə ki, 25 bankdan 2-si (“Azərbaycan Beynəlxalq Bankı” və “Azər-Türk Bank” ASC-lər) dövlət bankıdır.

Fuad Mədətov
Fins.az