ABB-nin dəstəyi, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) təşkilatçılığı ilə “TamKart alış-veriş Festivalı” başlanır.
Bankdan Fins.az-a verilən məlumata görə, aprelin 25-ə qədər davam edəcək festival Bakıdakı böyük alış-veriş mərkəzlərini, eləcə də şəhərin bir çox mağazalarını əhatə edəcək.
Festivala ABB-nin partnyoru olan 50-dən çox brend qatılıb. Beləliklə, müştərilər 200-dən çox mağazada festival fürsətlərindən faydalanaraq istədikləri malları xüsusi endirimlərlə alacaqlar.
Brenddən asılı olaraq müştərilərə ticarət məkanlarında 50%-ə qədər endirim veriləcək. Bundan başqa, ABB də festival zamanı Bankın bütün kart sahiblərinə ödənişlərindən 5% keşbek qazandıracaq. TamKartlılarla yanaşı, ABB-nin bütün kart sahiblərinin bu fürsətdən yararlanmaq imkanı var. TamKart sahibləri isə 6 ayadək faizsiz taksit imkanından da faydalanacaqlar.
ABB-dən kartı olmayan müştərilər bu fürsəti qaçırmamaq üçün onlayn sifariş verib çox qısa müddətə kart əldə edə bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.