BANK

14 Aprel

Ölkənin portfel investisiyaları üzrə xalis maliyyə aktivləri artıb, öhdəlikləri isə azalıb

Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 1.2 milyard dollar artıb, xalis maliyyə öhdəlikləri isə 634 milyon dollar azalıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (118 milyon dollar), bank (652 milyon dollar) və digər (383 milyon diollar) sektorların və kapitalda iştiraka təminat verən qiymətli kağızların (6 milyon dollar) hesabına artıb.

Öhdəliklər əsasən dövlət (346 milyon dollar), bank (154 milyon dollar) və digər (139 milyon dollar) sektorların hesabına azalıb, kapitalda iştiraka təminat verən qiymətli kağızların (5 milyon dollar) hesabına isə artıb.

Fuad Mədətov
Fins.az