BANK

12 Aprel

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binanın tikintisi şöbəsinə direktor təyin edilib.

Fins.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Ceyhun Səməndova həvalə olunub. O, indiyə qədər AMB-də müxtəlif vəzifələrdə çalışıb.

Yeni binanın tikintisi şöbəsi ötən ilin avqust ayında yaradılıb.