BANK

11 Aprel

AMB: Valyuta hərracında tələb təmin edildi - 11.04.2023

Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə, hərracda tələb 27,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, aprelin 6-da hərracda tələb hərracda tələb 29,6 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Zəminə Hüseyn
Fins.az