BANK

10 Aprel

Azərbaycanın xalis maliyyə aktivləri artıb, öhdəlikləri isə azalıb – CƏDVƏL

2022-ci il üzrə ölkənin xalis maliyyə aktivləri 7.8 milyard dollar artıb.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (0.2 milyard dollar), portfel investisiyaları (1.2 milyard dollar) və digər investisiyalar (6.4 milyard dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 4.7 milyard dollar azalaraq, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (- 4.9 milyard dollar), neft bonusu (452.2 milyon dollar), portfel investisiyaları (-634.3 milyon dollar) və digər investisiyalar (403.2 milyon dollar) hesabına formalaşıb.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun tədiyə balansı üzrə yeni (6-cı nəşr) təlimatının tələblərinə uyğun olaraq tədiyə balansının strukturunda maliyyə hesabı Aktivlər/Öhdəliklər prinsipi üzrə təsnifləşdirilib.

Fuad Mədətov
Fins.az