2022-ci ildə Azərbaycan xalis maliyyə aktivlərini 7 779.6 milyon ABŞ dolları məbləğində artırıb.
Fins.az Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin yekunu üzrə Azərbaycan Respublikasının tədiyə balansının hesabatına əsasən xəbər verir ki, artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 172.2 milyon dollar artması (1 il əvvələ nisbətən 2,2 dəfə çox), portfel investisiyalarının 1 158.8 milyon dollar artması (2,5 dəfə çox), digər investisiyaların isə 6 448.6 milyon dollar artması (3,2 dəfə çox) təmin edib.
Bu, 2021-ci illə müqayisədə 3,1 dəfə çoxdur.
Fuad Mədətov
Fins.az