BANK

30 Mart

AMB: Valyuta hərracında tələb təmin edildi - 30.03.2023

Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə, hərracda tələb 65,4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, martın 28-də hərracda tələb 96,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə bağlı qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.

Fuad Mədətov
Fins.az