BANK

30 Mart

Azərbaycanın tədiyə balansının qalığı 9,4 milyard dollar təşkil edib - CƏDVƏL

2022-ci il üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənib.

Fins.az Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin yekunu üzrə Azərbaycan Respublikasının tədiyə balansının hesabatına əsasən xəbər verir ki, cari əməliyyatlar balansında 23.5 mlrd. dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 12.5 mlrd. dollar kəsir yaranıb, ehtiyat aktivləri 9.4 mlrd. dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 104 dollar/barel olub, qeyri-neft-qaz ixracı isə 15.4% artaraq 2.9 mlrd. dollar səviyyəsində formalaşıb.

2022-ci ildə Azərbaycanın tədiyə balansının ümumi qalığı 9,4 milyard ABŞ dolları təşkil edib. Bu, əvvəlki illə müqayisədə 3,1 dəfə çoxdur.

Qeyd edək ki, 2021-ci ildə ölkənin tədiyə balansının qalığı 3,08 milyard dollara bərabər olub.

Fuad Mədətov
Fins.az