BANK

30 Mart

İstehlak kreditləri üzrə standartların yumşaldılması yüksəlib - QRAFİK

İstehlak kreditləri üzrə standartların yumşaldılması digər seqmentlərlə müqayisədə daha yüksək olub.

Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların nəticələrinə əsasən xəbər verir ki, 2022-ci ilin III rübündə olduğu kimi həmin ilin IV rübündə də kreditlərin təsdiqi standartları əsasən kredit kartları və əməkhaqqı kreditləri üzrə yumşaldılıb.

2022-ci ilin son rübü ərzində istehlak kreditləri üzrə tələbin artımı əsasən kredit siyasətinin yumşaldılması fonunda əməkhaqqı kreditləri və kredit kartları üzrə olub.

Banklar 2023-cü ilin I rübündə istehlak kreditləri üzrə standartların yumşaldılmasını, eyni zamanda istehlak kreditlərinə, xüsusilə əməkhaqqı kreditlərinə olan tələbdə artım gözlədiklərini bildiriblər.

Fuad Mədətov
Fins.az