Bankların biznes kreditləşməsi üzrə kredit standartları yumşaldılıb. Yumşalmalar əsasən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (MKOS) verilən kreditlər üzrə olub.
Fins.az Mərkəzi Bank tərəfindən 2022-ci ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların nəticələrinə əsasən xəbər verir ki, 2022-ci ilin IV rübündə biznes kreditlərinə tələb həmin ilin III rübündə olduğu kimi artıb. Tələb əsasən MKOS subyektləri tərəfindən və milli valyutada olan kreditlər üzrə artım olub.
Həmçinin banklar 2023-cü ilin I rübündə biznes kreditlərinə tələbdə artım proqnozlaşdırırlar. Eyni zamanda, banklar iri sahibkarlıq subyektlərinə verilən kreditlər istisna olmaqla, biznes kreditləri üzrə standartlarda yumşalmaların davam ediləcəyini bildiriblər.
Fuad Mədətov
Fins.az