Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə, hərracda tələb 60,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, martın 9-da Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 17,6 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Fuad Mədətov
Fins.az