BANK

13 Mart

Mərkəzi Bankın sədri Dünya Bankında görüş keçirib – FOTO

Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Dünya Bankında Azərbaycanın da daxil olduğu Seçki Qrupunun İcraçı direktoru Dominik Favre ilə görüşüb.

Bu barədə T.Kazımov özünün “Twitter” hesabında yazıb:

“Bu gün Dünya Bankında Azərbaycanın da daxil olduğu Seçki Qrupunun İcraçı direktoru Dominik Favre ilə görüşdük. Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə etdik.”

T.Kazımov sosial media hesabında görüşün bəzi təfərrütalarını da açıqlayıb:

“Görüşdə Dünya Bankında ölkəmizin maraqlarının və mövqeyinin müdafiə olunması, dəstəklənməsi istiqamətində Seçki Qrupunun gördüyü işlər barədə danışdıq.

Görüşdə həmçinin Dünya Bankının növbəti dövr üçün Azərbaycan üzrə yeni strategiyanın hazırlanması və layihə portfelinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq.”

Fuad Mədətov
Fins.Az