BANK

09 Mart

Taleh Kazımov: “Mərkəzi Bank tərəfindən maliyyə sektorunun inkişafı üzrə Strategiya hazırlanır”

“Hazırda Mərkəzi Bank tərəfindən maliyyə sektorunun inkişafı üzrə Strategiya hazırlanmaqdadır və həmin strategiyada maliyyə sektorundakı problemlərin həlli istiqamətində prioritet məsələlər əksini tapır.”

Bunu bu gün maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın daha da gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının getdikcə yaxşılaşdırılması məqsədilə yaradılan Sahibkarlarla Əməkdaşlıq Şurasının keçirilən növbəti geniş iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov söyləyib.

Orta və uzunmüddətli dövrdə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlılığının qorunması baxımından iqtisadiyyatın şaxələnməsi proseslərinin vacibliyi barədə məsələləri çıxışında önə çəkən T.Kazımov diqqətə çatdırıb ki, real sektorda, xüsusilə rayon və kənd yerlərində iqtisadi subyektlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Fuad Mədətov
Fins.az