Martın 9-da Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Fins.Az-a verilən məlumata görə, hərracda tələb 17,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, martın 2-də Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 51,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Fuad Mədətov
Fins.az