BANK

28 Fevral

ABA: Banklar ötən il ən böyük mənfəət vergisi ödəyicilərindən olub

Banklar ötən il ən böyük mənfəət vergisi ödəyicilərindən olub.

Fins.Az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov deyib. O bildirib ki, 2022-ci ildə banklar 261 milyon manat mənfəət vergisi ödəyib: "Bu isə 2021-ci illə müqayisədə 60% çoxdur. Eyni zamanda, bank sektorunun aktivlərinin qeyri-neft sektoru üzrə ÜDM-də payı 70%-ə yaxındır".

Y. Abdulov qeyd edib ki, bank sektorunun inkişafı iqtisadiyyatın da inkişafının göstəricisidir.