Fevralın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0.22% – 32,889.09 bəndədək, SP 500 indeksi 0.31% – 3,982.24 bəndədək, Nasdaq indeksi isə 0.63% – 11,466.98 bəndədək artıb.
Fins.Az xəbər verir ki, Avropa fond bazarlarında fevralın 27-də Almaniyanın DAX indeksi 1.13% –15,381.43 bəndədək, FTSE 100 0,72% – 7,935.11 bəndədək, Fransanın CAC-40 indeksi isə 1.51% - 7,295.55 bəndədək artıb.
Avro isə ABŞ dolları qarşısında 0.21% dəyər itirərək 1.0587 dollara bərabər olub.